QULAQ

Bu məqalə SSRİ dövlət qurumu haqqındadır. Eşitmə orqanı üçün Qulaq səhifəsinə baxın.
1923–1961-ci illərdə mövcud olmuş QULAQ düşərgələrinin xəritəsi.

QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu.[1] Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur.

QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.

Məcburi əmək düşərgələri, təşkilat funksiyasını itirənə qədər – 1980-ci illərin sonuna qədər fəaliyyət göstərdi. Sovet təfriqəçilərinin çoxu, rəsmən bağlandıqdan sonra QULAQ-ın davamını təsvir edirdilər: Anatoli Marçenko (1986-cı ildə faktiki olaraq düşərgədə öldü), Vladimir Bukovski, Yuri Orlov, Natan Şaranskiy QULAQ-dan buraxıldı və Sovet rəhbər orqanlarına olan beynəlxalq təzyiqin nəticəsi olaraq, onlara Qərbə emiqrasiya etməyə icazə verildi.

11 ilini QULAQ-da keçirən Aleksandr Soljenitsın, 1970-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatının laureatı olmuş, 1973-cü ildə isə QULAQ arxipelaqı əsərinin nəşri ilə məşhurluq qazanmışdır. Yazıçı, dağınıq düşərgələri "adalar zənciri"nə bənzədir və bir şahid kimi QULAQ-ı insanların ölənə qədər işlədiyi sistem kimi təsvir edirdi.[2] Bəzi alimlər, bu mülahizəni dəstəkləyirdi,[3][4] baxmayaraq ki müharibə illərinin açıq-aşkar istisnası ilə QULAQ-ı sağ-salamat tərk etmiş insanların böyük əksəriyyəti tərəfindən mübahisəli hesab olunurdu.[5] 1940-cı ilin martında, SSRİ-də 53 QULAQ düşərgəsi idarəsi və 423 əmək koloniyası var idi.[6] Arktik zonanın əsas sənaye şəhərlərinin, eləcə də Norilsk, VorkutaMaqadan kimi yerlərdə məhbuslar tərəfindən düşərgələr tikilirdi.[7]

  1. Other Soviet penal labor systems not formally included in GULag were: (a) camps for the prisoners of war captured by the Soviet Union, administered by GUPVI (b) filtration camps created during World War II for temporary detention of Soviet Ostarbeiters and prisoners of war while they were being screened by the security organs in order to "filter out" the black sheep, (c) "special settlements" for internal exiles including "kulaks" and deported ethnic minorities, such as Volga Germans, Poles, Balts, Caucasians, Crimean Tartars, and others. During certain periods of Soviet history, each of these camp systems held millions of people. Many hundreds of thousand were also sentenced to forced labor without imprisonment at their normal place of work. (Applebaum, pages 579–580)
  2. Applebaum, Anne (2003) Gulag: A History. Doubleday. ISBN 0-7679-0056-1
  3. Alexander Nikolaevich Yakovlev. A Century of Violence in Soviet Russia. Yale University Press, 2002. ISBN 0-300-08760-8 p. 15 Arxivləşdirilib 2021-05-17 at the Wayback Machine
  4. Steven Rosefielde. Red Holocaust. Routledge, 2009. ISBN 0-415-77757-7 pg. 247: "They served as killing fields during much of the Stalin period, and as a vast pool of cheap labor for state projects."
  5. "Arxivlənmiş surət". 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-12.
  6. Getty, Rittersporn, Zemskov. Victims of the Soviet Penal System in the Pre-War Years: A First Approach on the Basis of Archival Evidence. The American Historical Review, Vol. 98, No. 4 (Oct., 1993), pp. 1017–1049
  7. "Gulag: a History of the Soviet Camps". Arlindo-correia.org. 2013-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-06.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search